Vadji “Qarabağ”la bu sözlərlə vidalaşdı

Fransanın “Sent-Etyen” klubuna keçən İbrahima Vadji “Qarabağ”la vidalaşıb.

Komanda.az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə “instraqram” hesabında paylaşım edib.

Seneqallı futbolçu gözlənilməz səfəri səbəbindən azarkeşlərlə üzbəüz vidalaşmaq imkanının olmadığını bildirib:

“Bütün “Qarabağ” ailəsinə, klubda çalışanlara, əziz qardaşlarıma və azarkeşlərə salam. Bu, vida mesajıdır. Kollektiv emosiyaların çoxlu gözəl anlarını özümlə aparıram. Bu, çox tez bitsə belə, böyük macəra idi. Qalanlara uğurlar, hər şey üçün təşəkkür edirəm”.

“Sent-Etyen” Vadjinin keçidi üçün “köhlən atlar”a 1,7 milyon avro ödəyəcək. Seneqallı forvard 2025-ci ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atıb. O, “Qarabağ”a 2021-ci ilin avqustunda transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button