“Neftçi”dən ayrılan məşqçi “Araz-Naxçıvan”a keçib
“Neftçi”dən ayrılan məşqçi Vadar Nuriyevin yeni komandası müəyyənləşib.
Komanda.az xəbər verir ki, “ağ-qaralar”da seleksiya şöbəsinin üzvü kimi fəaliyyət göstərən mütəxəssis 2023/2024 mövsümündə “Araz-Naxçıvan”ın məşqçilər heyətində yer alacaq.
51 yaşlı Nuriyev baş məşqçi Azər Bağırovun köməkçilərindən biri olacaq. O, artıq Premyer Liqa təmsilçisinin Qəbələdəki təlim-məşq toplanışına qatılıb.
“Araz-Naxçıvan”da Vadar Nuriyevdən başqa, Rail Məlikov köməkçi, Miloş Yevtiç fiziki hazırlıq, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcəklər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin