“Əlbəttə, biz daha da yaxşı oynaya bilərik”
“Monako”nun baş məşqçisi Adi Hütter Fransa çempionatının üçüncü turunun “Nant”la matçından öncə gözləntilərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, daha yaxşı oynaya biləcəklərini söyləyib:
“Mövsümə yaxşı başlamışıq. “Strasburq”la oyundan da (3:0) razı qaldım. Bilirsiz, üç qol vurmaq və qapını toxunulmaz saxlamaq gözəldir. Oyuna nəzarət bizim tərəfimizdə idi. Belə oyun nümayiş etdirmək bizə görə çox vacibdir. Çünki nəzərdə tutduğumuz oyun üslubuna getdikcə yaxınlaşırıq. Hər zaman prinsiplərə hörmət edirik. Futbolçularım meydançada inamlı görünür. Əlbəttə, biz daha da yaxşı oynaya bilərik. Rəqibləri diqqətdə saxlamaq mütləqdir. Şübhəsiz ki, “Nant”la oyun çətin olacaq.
Daha effektli pressinq edə bilərik. Topla oyun üslubumuzu təkmilləşdirməliyik. Vəzifəm daha da böyük nailiyyətlər əldə etməyə çalışmaqdır. Qarşılaşmanın sonunda futbolçular və azarkeşlər çox sevinir. “Strasburq”la görüşdə qalib gəlmək istəyirdik və layiqli qələbə qazandıq. Nəzərə almalıyıq ki, mövsüm yeni başlayıb və hələ iki oyun keçirmişik. Hər matçda diqqətli olmalı və oyun tərzimizi inkişaf etdirməliyik”.
“Nant” – “Monako” görüşü bu gün, saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin