“Vətənim adına ilkə imza atdığım üçün çox şadam” – Məmmədzadə
“Vətənim adına ilkə imza ataraq, Avropa çempionatının gümüş medalını qazandığım üçün çox şadam”.
Komanda.az xəbər verir ki, bu sözləri Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında gümüş medal qazanan Azərbaycanın qadın şahmatçısı Günay Məmmədzadə şəxsi “feysbuk” səhifəsində yazıb.
O, bu günlərdə hər kəsin dəstəyini hiss etdiyini bildirib:
“Hər birinizə təşəkkür edirəm. Yola davam”.
Azərbaycanın digər şahmatçısı Ülviyyə Fətəliyeva Avropa çempionatında bürünc medala sahib olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin