Vətəndə DAŞ və “Qarabağ” azarkeşi olmaq

Rəşad Ergün

Bir daha “Qarabağ” – “Qalatasaray” oyunu haqda…

Azərbaycanlılar “Qarabağ”ın oyunlarına baxırlar. O da ancaq avrokubokda oynayırsa. Bu, bilirsiz nəyə bənzəyir? Əsgərlikdə olanda bizə ancaq hakimiyyətin ruporu olan qəzetlər verilirdi oxumağa. O da həmişə köhnə tarixli qəzetlər. Amma acgözlüklə oxuyurduq hər sətrini. Çünki oxumağa başqa seçimimiz olmurdu.

“Qarabağ” da hazırda azərbaycanlıların demək olar, tək, məcburi seçimidir.

Bir nəfər yazmışdı ki, “Qarabağ”ın ölkədə 10 milyon azarkeşi var. Elə deyil. “Qarabağ”ın ölkədə heç yüz min azarkeşi yoxdur. Azarkeş komandasının kiminlə, harda oynamasından asılı olmayaraq azarkeşlik edəndir. “Qalatasaray”ın “Tuzlaspor”la oyununu həyəcanla izləyən azərbaycanlı futbolsevərlərin əksəriyyəti “Qarabağ”ın Azərbaycan Premyer Liqasında, kubokda kiminlə, nə vaxt oynayacağını bilmir. Avrokuboklardakı oyunlar isə afişası güclü olan maraqlı film kimidir, çoxu baxmaq istəyir.

Bəli, Azərbaycanın 10 milyonluq əhalisi ölkənin həyatında baş verən əksər mühüm hadisələrə (seçkilər, fantastik qiymət artımları və s) sadəcə oturub baxdıqları, izlədikləri kimi “Qarabag”ın da avrokubok matçlarına baxırlar, izləyirlər. VƏTƏNDAŞla Vətəndə DAŞ olmaq fərqlidir. Elə azarkeşliklə oturub oyuna baxmaq arasındakı fərq kimi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button