Vətən müharibəsi əlili federasiya rəhbərindən şikayətçidir – “Aldadır, verdiyi vədlərə sadiq qalmır”

“Gəncə” amputant futbol komandasının üzvü Nazir Abdiyev haqsızlıqla üzləşib.

Komanda.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

Abdiyev Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının rəhbəri Rövşən Quliyev tərəfindən aldadıldıqlarını bəyan edib. Onun həmin paylaşımını təqdim edirik:

“Mən Abdiyev Nazir 2-ci qrup vətən müharibəsi əliliyəm. Haqsızlıqla üzləşdiyim üçün istədim sizinlə paylaşım. İnanıram ki, bu haqsızlığın ictimailəşməsində kömək edəcəksiz. Belə ki, 2018-ci ildən Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının üzvüyəm. “Gəncə” amputant futbol komandasının oyunçusuyam. Federasiyamızın rəhbəri Rövşən Quliyev tərəfindən bank kartı vasitəsilə bizə əməkhaqqı vəd verilib. O, beynəlxalq yarışlarda iştirak edəcəyimizə dair vədlər də verməsinə baxmayaraq, bugünədək bizi aldadır, verdiyi vədlərə sadiq qalmır. Nəzərinizə çatdırmaq istəyirəm ki, istər “Gəncə” amputant futbol komandasına və yaradılmasında şəxsən iştirak etdiyim “Tovuz” amputant futbol komandasına Rovşən Quliyev tərəfindən bu günədək heç bir maddi kömək edilməyib. Hesab edirəm ki, tək amputant futboluna deyil, eyni zamanda Azərbaycan futboluna bir ləkədir”.

Abdiyev daha sonra başqa faktlar açıqlayacağını da bəyan edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button