“Ukrayna üçün ağrıyırıq” – “Zenit”dən ayrılan futbolçu
Ukrayna millisinin futbolçusu Yaroslav Rakitski ölkəsindəki vəziyyətdən danışıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Zenit”in keçmiş futbolçusu, Rusiyanın Ukraynaya hücum etməsinə səssiz qalmağın mümkün olmadığını bildirib:
“Dünyanı insanlıq idarə edir! Dünyanı vətənə, anaya, övladlarına, ailəyə xeyirxahlıq və məhəbbət idarə edir.
Səssiz qalmaq mümkün deyil. Vətən üçün, Ukrayna üçün ağrıyırıq.
Azadlıqsevər Ukraynama xeyir və sülh arzulayıram!”
32 yaşlı müdafiəçi martın 2-də “Zenit”dən ayrılıb. O, Ukraynadakı valideynlərinin yanında olmaq üçün Rusiya klubunu tərk edib.
Rakitski 2019-cu ildən “Zenit”də çıxış edirdi.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Facebook-da izləyin