“Üzərimizə düşən öhdəliyi yerinə yetirdik” – “Olimpiakos”un baş məşqçisi
Yunanıstanın “Olimpiakos” komandasının məqçisi Pedro Martins UEFA Çempionlar Liqasının 2-ci mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Çox çətin oyun oldu. Matçın ilk yarısından sonra çətinliklər yaşadıq. Sistem dəyişikliyindən də yararlanmalı olduq. Çətinliklərə rəğmən, meydana yeni daxil olanlar oyunun gedişinə müsbət təsir göstərə bildilər. Əsas odur ki, üzərimizə düşən öhdəliyi yerinə yetirdik. Bütün futbolçularımıza şans verməyə, onları sınamağa çalışırıq. Əlimizdə geniş heyət var. Oyunçuların hamısına güvənirəm.
Biz Azərbaycanda məşq etməyəcəyik. Son məşqimizi burada edib gedəcəyik. Amma stadion nə durumda olur-olsun biz ora hazır vəziyyətdə gedəcəyik. Əminəm ki, cavab görüşündə də əlimizdən gələni edərək, rəqibin güclü oyununa hazır olacağıq”.
Bizi Facebook-da izləyin