Uzunmüddətli müqavilə bağlayacaq – Tezliklə
PSJ müdafiəçisi və komandanın kapitanı Markinyosla müqavilə müddətini uzadacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ehtimallara görə, yeni müqavilə 2027-ci ilin iyun ayının sonuna kimi hesablanacaq. PSJ ilə braziliyalı futbolçu arasında əməkdaşlığın davam etdirilməsinin rəsmi açıqlamasının tezliklə veriləcəyi gözlənilir.
“Sambaçı”nın heç vaxt Parisi tərk etmək istəmədiyi bildirilir.
28 yaşlı futbolçu bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 40 oyuna çıxıb və 2 qol vurub.
Onun Paris klubu ilə hazırkı müqaviləsinin müddəti 2024-cü ilin iyun ayının sonuna kimidir. “Transfermarkt” portalına görə futbolçunun transfer dəyəri 70 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin