Ferdinand “Arsenal”a uduzan “Mançester Yunayted”i təriflədi

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand komandanın Premyer Liqanın 1-ci turunda “Arsenal”la oyununu (0:1) dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın müsbət və mənfi cəhətlərini qeyd edib:

“Məğlubiyyətə baxmayaraq, uzun müddətdir ki, “Mançester Yunayted”in yüksək səviyyəli komandaya qarşı belə üstünlüyü görməmişdim.

Müsbət cəhətlər: fiziki təzyiq, sürət, Kunya və Brayan Mbeumonun yüksək hərəkətliliyi, oyunçuların topa sahiblik zamanı və keçid fazalarında həvəslə qaçışları, topa nəzarətdə yeni fəndlər, məşqlər əbəs deyildi.

Mənfi cəhətlər: qol, qapıçı təkmilləşməlidir, aqressiv olun, Bruno Fernandesin keçid fazaları, daha güclü komandalarla matçlarda konsentrasiyanın itirilməsi problemə çevrilə bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button