“Sabah” legioneri ilə yollarını ayıracaq – rəsmi

Uzun müddətdir “Sabah”ın uğurları üçün çalışan qapıçı Saşa Stamenkoviç “Səbail”lə oyundan sonra klubla yollarını ayıracaq.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, serbiyalı futbolçunun klub rəhbərliyinə müqaviləsinə vaxtından öncə xitam verilməsi ilə bağlı müraciətinə müsbət cavab verilib.

Saşa Stamenkoviç 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışır. Bu günə kimi 67 matçda (63 oyun Azərbaycan Premyer Liqasında, 4 oyun ölkə kubokunda) şans qazanan təcrübəli qolkiper, bu sahədə klubun rekordçusudur. O, komandanın Premyer Liqaya vəsiqə qazandığı 2018/19-cu il mövsümündə 27, 2019/20-ci il mövsümündə 19, 2020/21-ci il mövsümündə 18, cari mövsümdə isə 3 matçda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button