“Mən onun üçün çox xoşbəxtəm” – Rodri

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes bu yay “Renn”dən komandaya qoşulan Jeremi Dokunun oyununu şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Dokunun özünü xoşbəxt hiss etdiyini bildirib:

“Dokunun gəlişi ilə uzun müddətdir ki, sahib olmadığımız profilli oyunçuya sahibik. Ola bilsin ki, Rahim Sterlinq və Leroy Sane oxşar üslubda oynayırdılar. Mən sürətli cinah oyunçularından danışıram. Doku indi özünü xoşbəxt hiss edir və mən onun üçün çox xoşbəxtəm”.

Doku “Bornmut”la matçda bir qol vurub və 4 məhsuldar ötürmə verib. “Şəhərlilər” bu qarşılaşmada 6:1 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button