“Üzgün və əsəbiyik” – Sarri
İtaliya superkuboku uğrunda oyunda “Latsio”ya 1:3 hesabı ilə məğlub olan “Yuventus”un baş məşqçisi Mauritsio Sarri açıqlama verib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, qarşıdakı oyunlara köklənməyin lazım olduğunu deyib:
“Bu qarşılaşmaya fiziki və zehni enerji çatışmazlığı ilə gəlmişdik. Rəqibdən daha az enerjimiz vardı. “Latsio” isə inamlı idi. Məğlub olduğumuz üçün üzr istəyirik, amma qarşıdakı beş ayda bir neçə turnir var. Üzgün və əsəbiyik, lakin bu, heç nəyi həll etmir. Bu çətinliyin öhdəsindən gəlməliyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin