“Üzərində işləməli olduğumuz məqamlar var” – Berdıyev

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 9-cu turunda “Zirə”ni qəbul edib.

Komanda.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı futbolçularına “Zirə”yə qol vurmalarına imkan vermədiklərinə görə təşəkkür edib:

“Zirə” Azərbaycanı avrokuboklarda təmsil edən, çempionatın ən yaxşı komandalarından biridir. Bilirdik ki, oyun çətin olacaq. Futbolçularıma “Zirə”yə qol vurmaqlarına imkan vermədiklərinə görə təşəkkür edirəm. İkinci hissədə planlı dəyişliklər etdikdən sonra üstünlüyü ələ ala bildik. Sonda fərqlənib qalib gəldik. Futbolçularımı qələbə münasibətilə təbrik edirəm.

Ümumi qazanılan nəticələrdən hardasa daxili rahatlığımız var. Amma bu oyun da, bundan qabaqkı oyun da göstərdi ki, üzərində işləməli olduğumuz məqamlar var”.

“Turan Tovuz” növbəti turda səfərdə “Sumqayıt”la qarşılaşacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button