“Uypeşt”dən “Keşlə”yə – Rəsmi
“Keşlə” klubu növbəti transferini reallaşdırıb.
Komanda.az kluba istinadən xəbər verir ki, “Keşlə” rəhbərliyi ilə futbolçu Miyuşko Bojoviç arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Monteneqro vətəndaşı olan futbolçu ilə bağlanmış müqavilənin müddəti 1 il təşkil edir.
1988-cı il təvəllüdlü Miyuşko Bojoviç Monteneqronun “Rudar”, Belçikanın “Sportinq Şarlerua” və “Vaasland-Beveren”, Kiprin “Enosis”, Macarıstanın “Qyirmot və “Uypeşt” komandalarında çıxış edib. Müdafiəçi mövqeyində oynayan Bojoviçin son klubu “Uypeşt” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin