Utziq “Qəbələ”də qalmağa qərar verdi: “Çox böyük gözləntilərim var”
“Qəbələ”nin hücumçusu Rafael Utziq komandasının avrokuboklara vəsiqə qazanmasına münasibət bildirib.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
“Konfrans Liqası həm klubum, həm də mənim üçün vacib turnirdir. Əla mövsüm keçirməyə köklənmişəm. Hər bir futbolçu belə bir turnirdə oynayamaq istəyər. Təbii ki, orada çıxış etmək mənim üçün xüsusi olacaq”.
Klubla müqaviləsini yeniləməsinə də toxunan 26 yaşlı futbolçu, əyalət təmsilçisində özünü evindəki kimi hiss etdiyini söyləyib: “Bu klubda üçüncü mövsümümü keçirəcəyəm. Bəzi hallarda danışıqlar aparmalı olduq, amma hər şeyi həll etdik və mən qayıtmaq qərarına gəldim. Çox böyük gözləntilərim var”.
“Qəbələ” Rafael Utziqlə 1 illik yeni müqavilə barədə razılığa gəlsə də, hələ bu barədə rəsmi açıqlama olmayıb.
Bizi Facebook-da izləyin