Utanır – Rusiyanın Ukraynada etdiklərinə görə
Rusiyalı keçmiş futbolçu Yeqor Titov Ukraynada baş verən hadisələrdən danışıb.
Komanda.az xəbər verir ki, Titov, ukraynalı dostlarına zəng etməyə utandığını bildirib:
“Mən heç vaxt Rusiya və Ukraynanı bölməmişəm. Həmişə bütün azarkeşlərlə yaxşı münasibətləri qoruyub-saxlamışam. Amma indi düzünü desəm, kiməsə zəng vurmağa, yazmağa bir az utanıram. Sonuncu dəfə Maksim Kaliniçenko ilə (Moskva “Spartak”ının keçmiş ukraynalı futbolçusu) danışdım. Mən Maksı dostum adlandıra bilərəm, uzun müddət bir yerdə oynadıq və bizi “Spartak”dan yola saldılar”.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin