“Üstünlüyümüzdən yaxşı istifadə edə bilmədik” – Berezutski

“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyunu haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəni belə şərh edib:

“Oyunda üstünlüyümüz var idi. Çox təəssuf ki, bu üstünlüyümüzdən yaxşı istifadə edə bilmədik. Amma daha yaxşı olacağıq, daha yaxşı çıxış edəcəyik. Əlbəttə ki, indi istər qış olsun, istər yay olsun, bizim skautkar daim işləyirlər. Çox istərdik ki, hər mövqeyə yeni oyunçular alaq və hər mövqedə rəqabəti görək”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button