Ançelotti “Barselona” ilə oyun haqda: “Çox müsbət şeylər oldu”
“Real”ın baş məşqçisi Karlo Ançelotti yoldaşlıq görüşündə komandasının “Barselona”ya məğlub (0:3) olmasından danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 64 yaşlı italiyalı mütəxəssis komandasının çıxışını müsbət qiymətləndirib:
“Oyunda çox müsbət şeylər oldu. Ümumiyyətlə, yaxşı oynadıq, yaxşı pressinq etdik, şanslarımız oldu. Üstünlük demək olar bizim tərəfimizdə idi.
Mənfi tərəfi odur ki, ilk hissədə təhlükəli epizodlar yaxalaya bilmədik. Matçın sonuna yaxın hücumlar etdik və bu, bizə buraxılan iki qol bahasına başa gəldi”.
Növbəti yoldaşlıq oyununda “Barselona” avqustun 2-də “Milan”la, “Real” isə avqustun 3-də “Yuventus”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin