
“Üstünlük bizdə idi” – Samir Abasov
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Arax-Naxçıvan”a qarşı keçirdikləri oyun haqda danışıb.
Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəni belə şərh edib:
“Oyunda üstünlük “Neftçi” tərəfdə idi. Üzüntülüyük. Bu qədər qol epizodu yaradırıq, amma yararlana bilmirik. Bu, təbii ki, bizi üzür. Oyun gedişatında səbirli olsan da, artıq bunlar üst-üstə gəldikdə biz də emosiyalarımızı saxlaya bilmirik. Bizim oyunlarda hakimlər aşağı səviyyədirlər. Təbii ki, hər oyunda hakimlərə baxmıram. Lakin bu heç də xoşumuza gəlmədi. Bu, bizi narahat edir. Biz yenə də oyunumuza köklənməliyik. Bizim işimiz bu qədər epizod yarada bilməkdir. Çalışacağıq ki, öz meydançamızda da hər şeyi edək. İtkilərimiz çoxdur. Qorxduğumuz anlar var ki, bir neçə futbolçumuzu itirək”.
Abasov millinin son məğlubiyyətlərinə də toxunub:
“Əlbəttə, uduzmaq da var. Bu, hər bir azərbaycanlını üzür. Psixolojidən əvvəl onların fiziki durumu da yaxşı deyil. Rza da bizi narahat edir ki, oradan zədəli qayıdıb. Növbəti oyunlar üçün bu, bizi narahat edir. Futbolçularımızla da danışdıq. Edəcək bir şey yoxdur. Millimizə uğurlar arzulayıram. Bu gün təbii ki, xal itirməyimizə görə üzülürük. Bu gün biz lazımsız yerə oyunçumuzu itirdik”.
Nəzrin
Bizi Facebook-da izləyin



