“Üstünlük bizdə idi” – Ayxan Abbasov

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:

“Çətin səfər idi. “Zirə”yə səfərdə qalib gəlmək üçün çox əziyyət çəkmək lazımdır. Azarkeşlərimizə təşəkkür edirəm. Oyun baxımından üstünlük bizdə idi. İlk dəqiqələrdə qol vurduq. Birinci hissədə yüzfaizli iki epizoddan yararlana bilmədik. Zədələrdən və qırmızı vərəqədən sonra bilirdik ki, rəqib ikinci yarıda dəyişikliklər edəcək və bizi əks-hücumlarda yaxalayacaq. Qorxduğumuz başımıza gəldi. Standart vəziyyətdə səhv etdik və penalti oldu. Bundan sonra epizodlar var idi. Çempionat gərgin keçir, hər xal vacibdir.

Bu gün bizim də itkilərimiz var idi. Aleks Souza zədəli idi, bir məşq etmişdi. Riskə getdik, onu meydana buraxdıq. Denis Marandiçinin yoxluğu təsir etdi. O oynayanda cinahdan asmalar daha yaxşı olur. Rəqib yaxşı müdafiə olundu. “Zirə” çempionatda ən az qol buraxan komandadır. Rəşad Sadıqov komandanı hər rəqibə görə hazırlaya bilir. Bir az da yaxşı ola bilərdik. Bunun üçün çalışmaq lazımdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button