Azərbaycanlı cüdoçular DÇ-dən 15 medalla qayıdır
Polşanın Krakov şəhərində keçirilən usta cüdoçular arasında dünya çempionatına yekun vurulub.
Komanda.az xəbər verir ki, yarışın sonuncu günündə M2 yaş kateqoriyası üzrə mübarizə aparan cüdoçularımız tatamiyə çıxıb.
Onlar 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq komandanın aktivinə daha 4 medal əlavə ediblər.
Veteran cüdoçular çempionatda ümumilikdə 5 qızıl, 5 gümüş və 5 bürünc medal əldə edib. Nəticələrə görə, veteranlar çempionatı ümumi hesabda 5-ci, kişilər arasında isə 4-cü yerdə başa vurub.
M1 yaş kateqoriyası
-73 kq
Nadir Babayev – gümüş medal
-90 kq
Murad Rəcəbli – gümüş medal
-100 kq
Tural Səfquliyev – qızıl medal
+100 kq
Qurban Məmmədli – gümüş medal
M2 yaş kateqoriyası
-73 kq
Məmməd Məmmədov – gümüş medal
-81 kq
Samir İsmayılov – bürünc medal
-90 kq
Mətləb Məmmədov bürünc medal
-100 kq
İntiqam Ələkbərov – qızıl medal
M3 yaş kateqoriyası
-73 kq
Rəşad Quliyev – bürünc medal
-81 kq
Azər Fətullayev – qızıl medal
Zülfüqar Hüseynov – gümüş medal
M4 yaş kateqoriyası
-60 kq
Babək Hacıyev – qızıl medal
-100 kq
Emil Hüseynov – bürünc medal
M5 yaş kateqoriyası
-90 kq
Mübariz Cəfərov – bürünc medal
M7 yaş kayeqoriyası
-90 kq
Fərhad Rəcəbli – qızıl medal
Bizi Facebook-da izləyin