“Üst pillələrdə olan rəqiblərə qarşı daha yaxşı oynayırıq” – Berezutski

“Sabah” Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə “Səbail”lə 1:1 hesablı heç-heçə edib.

Komanda.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

“Turnir cədvəlinin yuxarı pillələrində olan rəqiblərə qarşı daha yaxşı oynayırıq. Cərimə meydançasına 1-2 dəfə daxil olduq. Amma bunlardan da istifadə edə bilmədik. Süni meydança amili də var. Amma nə olsa da, bu oyunu aktivimizə yaza bilmərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button