“Uşaqlıqdan arzusunda olduğum kuboku qazandım”

“Tottenhem”in hücumçusu Son Hın Min gələcəyi barədə fikirlərini bölüşüb.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, cənubi koreyalı oyunçu futbolda arzuladığı hər şeyə nail olduğunu bildirib:

“Klubla müqaviləmin bitməsinə bir il qalıb. Hazırda nəsə deməkdənsə, düşünürəm ki, hamımız gözləməli və nə baş verəcəyini görməliyik. Amma harada olmağımdan asılı olmayaraq, hər zaman əlimdən gələni edəcəm. Bu, heç vaxt dəyişməyəcək.

Fikrimcə, futbolda arzuladığım hər şeyə nail olmuşam. Futbol qalibiyyət üçündür və yalnız qaliblər yadda qalır. Mövsüm çətin keçsə də, mənim üçün həqiqətən xoşbəxt bir il oldu. Çünki uşaqlıqdan arzusunda olduğum kuboku qazandım. Bu, daha böyük uğur qazanmaq istədiyim bir il idi. Mənə dəstək olan insanlarla bu anı bölüşməkdən çox məmnun oldum. Çox vaxt ideal formada olmasam da, gələn mövsümə yaxşı hazırlaşacağıma inanıram”.

“Tottenhem” 2024/25 mövsümündə UEFA Avropa Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button