“Uşaqların əziyyətinə heyfim gəlir” – Şahin Diniyev
“Səbail” in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 8-ci turunda doğma meydanda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçədən sonra bunları söyləyib:
“Çox maraqlı oyun alındı. Qarşılılqı hücumlar şəraitində keçən matç oldu. İlk yarıda sanki sıxıldıq. Hücuma çıxmaqda çətinlik çəkirdik, top bizdə qalmırdı. Ancaq ikinci yarıda başqa komanda olduq, başqa futbol oynadıq. Məni ən əsas komandanın xarakter göstərməsi, savadlı oynaması sevindirir. Oyun varsa, nəticə gələcək. Futbolçularıma təşəkkür edirəm. Hamı bir-biri üçün vuruşdu. Əvəzetmədən meydana girənlər ritmdən düşmədilər. Bəlkə də biz bu gün xal itirdik, qazanmadıq. Amma oyun baxımından qazandıq. Hər futbolçu artırır. Bu, məni sevindirir.
Ofsayd epizodunu mənə telefonda göstərdilər. Orada ofsayddan söhbət gedə bilməzdi. Xətt ötürmədən sonra çəkilmişdi. Uşaqların əziyyətinə heyfim gəlir. Onlar sona qədər vuruşdular. Hakimlik bir şey yoxdur. İdeal hakimlik etdi. Sadəcə bir epziod var idi. Ola bilər ki, VAR-ın günahı var. Çox vacib qol idi.
David Qomis 30-35 dəqiqə oynamağa hazır idi. Son matçda zədələnmişdi. İki gün idi ki, məşq edirdi. Ya əvvəldən oynamalı idi, ya da sonradan qoşulmalı idi. Düşündüm ki, sonradan daha efefktiv olacaq.
Biz həmkarıq. Heç vaxt bir-birimiz haqda fikir bildirməməliyik. Murad Musayev futbolla yaşayır. Belə insanları sevirəm. Oyunun içindədir. Hakimlərə təzyiq bəzən olur. “Barselona” bu gün hakimlərə təzyiq üzrə məşq keçir. Bu da futbolun bir hissəsidir. Murad Musayevin gedişlərinə hörmət edirəm. Sevinirəm ki, futbolun içində olanlardandır. Mən də balanslaşdırmaq istəyirdim”.
Bizi Facebook-da izləyin