Keniyada Məsut Özilin adını daşıyan komanda
Keniyanın Nairobili qəsəbəsinin futbol komandasının adı bundan sonra “Arsenal”ın futbolçusu Məsut Özilin adını daşıyacaq.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, köynəyinin arxasına əl yazısı ilə “Özil 10” yazan bir çobanın oğlundan sosial şəbəkə vasitəsi ilə xəbər tutan Özil, ona öz formasını göndərib. Bundan sonra qəsəbənin digər uşaqları da futbolçudan eyni jesti gözləyiblər. Özil bu dəfə bütün qəsəbəyə kifayət edəcək qədər forma və buts göndərib.
Uşaqlar isə türk əsilli almaniyalı futbolçunun bu hərəkətini qarşılıqsız qoymayıblar və qəsəbənin futbol komandasının adını “Özil” olaraq dəyişdiriblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin