
“Uşaqlar tənbəl və ya telefondan asılı şəkildə doğulmur, cəmiyyət buna şərait yaradır”
Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik müasir uşaqların texnologiyalara bağlılığının səbəbləri barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı uşaqların tənbəl və ya telefondan asılı vəziyyətdə doğulmadığını, onları bu vərdişlərə cəmiyyətin alışdırdığını bildirib:
“Uşaqlar kök, tənbəl və ya telefondan asılı şəkildə doğulmur, cəmiyyət buna şərait yaradır. Bunun qarşısını almaq üçün tədbirlər görmək lazımdır. Məsələn, hər gün bir saatlıq bədən tərbiyəsi dərsləri məcburi ola bilər”.
O, həmçinin, keçmiş klubu “Mançester Yunayted” barədə də danışıb:
“Orada bir sıra əsas məsələlər dəyişməli idi. Mən getdikdən sonra klub 700, bəlkə də, 750 milyon funt sterlinq xərclədi, amma turnir cədvəlində o vaxtkı vəziyyətdən daha aşağıdadır”.
66 yaşlı mütəxəssis əvvəllər “Mançester Yunayted”, “Leyptsiq”, “Hoffenhaym”, “Şalke” kimi klublarda çalışıb.
Bizi Facebook-da izləyin