“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib – FOTO
Dünən keçirilən Azərbaycan derbisində Peşəkar Futbol Liqası və “Nəfəs” Psixi Sağlamlıq Akademiyasının təşkilatçılığı ilə sosial idman layihəsi baş tutub.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, “Qarabağ”la “Neftçi” meydançaya “Uşaqlar Nəfəsimizdir” devizi altında psixonevroloji narahatlıqları olan uşaqlarla çıxıblar. Psixi narahatlıqların ümidsizlik, hər şeyin sonu olmadığını təbliğ edən layihəyə “Neftçi” və “Qarabağ” klubları da dəstək olub.
Dünyada futbolun populyarlığından istifadə edən layihə iştirakçıları gələcəyimiz olan uşaqlara bütün narahatlıqlar, çətinliklər üzərində qələbə arzulayıb, onlara həyatlarında xoşbəxtliklər diləyiblər.
Nəfəs Psixi Sağlamlıq Akademiyası psixiatriyanı insanlara tanıdaraq, faydalarından yararlanmağı təmin edir.
Bizi Facebook-da izləyin