Ürəyindən əməliyyat olunan futbolçu milliyə çağırıldı

İngiltərənin “Brentford” klubunda çıxış edən Kristian Eriksen yenidən Danimarka millisinə dəvət alıb.

Komanda.az Danimarka Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Niderland və Serbiya komandalarına qarşı keçiriləcək yoxlama oyunları üçün milliyə çağırılıb.

Oyunlar müvafiq olaraq 26 və 29 martda olacaq.

AÇ-2020-nin Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən və daha sonra ürəyindən əməliyyat olunan Eriksenə kardioverter-defibrillyator (İCD) qoşulub. Kardioverter-defibrillyator nizamsız ürək ritmini tənzimləməyə kömək etmək üçün sinəyə qoyulan kiçik bir cihazdır. Cihaz ürəyin qəfildən dayanmasının da qarşısını alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button