“Yuventus” keçmiş futbolçusunu geri qaytarmaq istəyir
“Yuventus” “Udineze”dən Roberto Pereyranı geri qaytarmağı planlaşdırır.
Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, bunu Turin təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri istəyir.
“Udineze” isə 33 yaşlı yarımmüdafiəçi üçün “Yuventus”dan 4 milyon avro tələb edir. Lakin “qoca sinyora”nın rəhbərliyi məbləğin yüksək olduğunu qarşı tərəfə bildirib. Hazırda danışıqlar davam edir.
Uruqvaylı futbolçu 2014/2015 və 2015/2016 mövsümlərində “Yuventus”da çıxış edib. Ümumilikdə Pereyra bütün turnirlərdə komandanın heyətində 68 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin