Uruqvaylı futbolçu PSJ-dən ayrılmağa tələsir
PSJ-nin yarımmüdafiəçisi Manuel Uqarte gələn mövsüm komandada qalmaq istəmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu Parisdə özünü xoşbəxt hiss etmir, “Mançester Yunayted”ə keçməyə çox çalışır.
“Qırmız şeytanlar” Uqarte ilə maraqlansalar da, hələlik PSJ ilə transfer məbləğində razılığa gələ bilməyiblər. 23 yaşlı futbolçu parisliləri mümkün qədər tez həll yolu tapmağa çağırır.
Uqarte ötən yay “Sportinq”dən PSJ-yə keçsə də, Luis Enrikenin komandasının start heyətində yer ala bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin