
Uruqvay millisi bunu bacaran ilk komanda oldu
Uruqvay yığması DÇ-2026-nın seçmə mərhələsində Braziliya millisinə qalib gəlib (2:0).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylılar 22 ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanmaq yolunda braziliyalıları üstələyib.
Bundan başqa, Uruqvay yığması 8 ildən sonra Cənubi Amerika üzrə seçmə mərhələdə Braziliya millisini məğlub edən ilk komanda olub. Braziliyalılar 2015-ci il oktyabrın 8-dən (33 matç) uduzmurdular.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin