Uruqvay millisi üçün yeni baş məşqçi
“Bornmut”un baş məşqçisi Marselo Byelsa Uruqvay millisini çalışdıra bilər.
Komanda.az “TyC Sports”-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis təklifi qəbul edib və Uruqvay millisinə rəhbərlik etməyə hazırdır.
Cənubi Amerika təmsilçisi sözləşməsi başa çatan baş məşqçi Dieqo Alonso ilə yeni müqavilə imzalamayacaq.
Yeni vəzifədə Byelsanın əsas vəzifəsi DÇ-2026-nın seçmə mərhələsini uğurla başa vurmaq olacaq.
H qrupundan Portuqaliya və Cənubi Koreya milliləri dünya çempionatının 1/8 final mərhələsinə yüksəlib. Uruqvay millisi isə DÇ-2022-nin pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin