
Milli komandanın qapıçısına ağır itki
Uruqvay millisinin qapıçı Sebastian Sosanın anası vəfat edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu millinin olduğu düşərgədən ayrılaraq ailəsi ilə birlikdə Uruqvayın paytaxtı Montevideoya yollanıb. Komanda yoldaşları qapıçıya dəstək olmaq məqsədilə məşqə bir dəqiqəlik sükutla başlayıblar.
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Uruqvay millisi H qrupunda Portuqaliya, Qana və Koreya ilə mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin