Uruqvay millisinin daha bir üzvündə koronavirus aşkarlandı

Futbol üzrə Uruqvay yığmasında bir neçə futbolçunun koronavirusa yoluxduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, İtaliyanın “Kalyari” klubunun müdafiəçisi Dieqo Qodin də millinin düşərgəsindən qayıtdıqdan sonra COVİD-19 testindən keçib.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 34 yaşlı futbolçuda da koronavirus aşkarlanıb. “Kalyari”nin digər futbolçuları ilə kontaktda olmayan müdafiəçi dərhal karantinə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button