Millinin baş məşqçisi amerikalıları “yalançı” adlandırdı
Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa ABŞ-da keçirilən Amerika kubokunda meydançaların vəziyyəti ilə bağlı danışıb.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı, turnirin təşkilatçılarını yalan danışmaqda ittiham edib:
“Dedilər ki, meydançalar mükəmməl vəziyyətdədir və bütün bunlar yalandır. İdeal qazonlardan danışmaq üçün mətbuat konfransı keçirildi. Həm də, mükəmməl vəziyyətdə olan təlim obyektləri haqqında. Lakin Boliviya millisi məşq edə bilmədi və məndə bunu sübut edən fotoşəkillər var. Bunlar bir dəstə yalançılardır. Sonra da bizə qarşı təhdidlər edilir.
Amerikalılar sizə deməyəcək: “Biz sizə ideal meydançalar verəcəyik”. Onlar deyəcəklər: “Üç gün əvvəl hazırlanmış qazonları verəcəyik”.
Uruqvay millisi Amerika kubokunda 3-cü yer uğrunda görüşdə Kanada yığması ilə qarşılaşacaq. Görüş iyulun 14-nə keçən gecə baş tutacaq.
2026-cı ildə dünya çempionatına ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək.
Bizi Facebook-da izləyin