Uruqvay millisində Luis Suares şoku – Koronavirus aşkarlandı
Futbol üzrə Uruqvay yığmasının üç üzvündə koronavirus aşkarlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Uruqvay Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə Luis Suares, Rodriqo Munoz və Matias Faraldan götürülmüş COVİD-19 testlərinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Onların hər üçü karantinə alınıb. Bu isə 33 yaşlı Suares də daxil olmaqla sözügedən oyunçuların dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya ilə oyunu buraxacağı anlamına gəlir.
Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 18-də baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin