Uruqvay millisindən “Sevilya”ya
“Sevilya”nın yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Dieqo Alonso çalışdıracaq.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 48 yaşlı uruqvaylı mütəxəssislə 2023/24 mövsümünün sonuna kimi müqavilə imzalanıb.
Alonsonun son iş yeri Uruqvay millisi olub. O, əvvəllər “İnter Mayami”, “Monterrey”, “Paçuka”, “Olimpiya”, “Penyarol”, “Quarani” kimi komandaları da çalışdırıb.
“Seviliya” 8 oyundan sonra turnir cədvəlində 8 xalla 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin