Baş məşqçi üçün əlamətdar oyun – 200!
Uruqvay millisi Amerika kubokunun 3-cü turunda Çilini məğlub edib.
Komanda.az “Opta”ya istinadən xəbər verir ki, 1:0 hesabıyla bitən görüş Uruqvay yığmasının baş məşqçisi Oskar Tabares üçün əlamətdar olub. Belə ki, Tabares milli ilə 200-cü matçına çıxıb.
Tabares, bir milli komandada baş məşqçi kimi ən çox oyun keçirən mütəxəssis olub. 72 yaşlı çalışdırıcı 2006-cı ildən Uruqvay millisində baş məşqçilik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin