Suares milli karyerasını bitirəcəyi vaxtı açıqladı

Uruqvay milli komandasının və “Atletiko”nun hücumçusu Luis Suares yığmadakı karyerasını bitirmək istədiyi vaxtı açıqlayıb.

Komanda.az xəbər verir ki, “Marca”ya danışan 34 yaşlı hücumçu, DÇ-2022-dən sonra milli karyerasını bitirmək istədiyini deyib:

“2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında oynamaq və daha sonra milli komandadan ayrılmaq istəyirəm. Birincisi, həm yaşım çoxdur, ikincisi də, artıq gənc futbolçulara yol açmaq lazımdır. Onların özlərini sübut etmək üçün şansları olmalıdır”.

2007-ci ilin fevralında Uruqvay millisində debüt edən Suares yığmada 116 oyunda 63 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button