Forlanın yeni iş yeri bilindi
Uruqvay milli komandasının sabiq hücumçusu Dieqo Forlanın yeni iş yeri məlum olub.
Komanda.az xəbər verir ki, 41 yaşlı mütəxəssis ölkəsində “Atenas” komandasını çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Forlanla müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Forlan son olaraq Uruqvayın “Penyarol” komandasında baş məşqçilik edib.
Futbolçu karyerası ərzində “Mançester Yunayted”, “İnter”, “Atletiko” kimi klublarda çıxış edən Forlan, 112 dəfə də Uruqvay millisinin formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin