31-ci dəfə klubunu dəyişdi – 44 yaşında
Uruqvay milli komandasının sabiq futbolçusu Sebastyan Abreunun yeni ünvanı məlum olub.
Komanda.az xəbər verir ki, 44 yaşlı hücumçu “Sud Amerika” klubuna keçib. Bu barədə Uruqvay təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Sud Amerika” Abreunun peşəkar karyerasındakı 31-ci klubu olub. Hücumçunun son iş yeri Braziliya “Atletik”i olmuşdu.
Abreu karyerası ərzində İspaniya, Braziliya, Argentina, Yunanıstan, Meksika, Çili, Ekvador klublarında çıxış edib. O, Uruqvay yığmasında 70 oyunda 26 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin