
Suaresi təəccübləndirən nədir?
Uruqvay milli komandasının və “Atletiko”nun hücumçusu Luis Suares koronavirus pandemiyası səbəbindən Amerika kubokunun təxirə salınmasının tərəfdarıdır.
Komanda.az xəbər verir ki, TMW-yə danışan Suares, insan sağlamlığının daha vacib olduğunu deyib:
“Vəziyyət çətindir. Koronavirus pandemiyasından çox əziyyət çəkirik. Amerika kubokunun keçirilməsi məni təəccübləndirir. Hazırda əsas prioritet insan sağlamlığı olmalıdır”.
Amerika kuboku iyunun 11-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin