Ürəyinin 45 faizi ölüb – “Mənə yazığınız gəlməsin” deyir
Niderlandlı keçmiş futbolçu Mark Overmars infarkt keçirdikdən sonra səhhətinin vəziyyətindən danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, hazırda “Antverpen” klubunun idman direktoru postunda çalışan Overmars ürəyinin 45 faizinin fəailiyyətsiz olduğunu deyib:
“Ürəyimin 45 faizi ölüb. Amma mənə yazığınız gəlməsin. Mən xoşbəxt insanam, sadəcə olaraq enerjimi mümkün qədər yaxşı şəkildə bölüşdürməliyəm.
Gündəlikdə mühüm məsələlər və ya görüşlər varsa, diqqətimi onlara yönəldirəm. Ertəsi gün sağala bilərəm. Mən heç nə etməməkdənsə, hərəkətdə olaraq ölməyi üstün tuturam”.
“Ayaks”, “Arsenal” və “Barselona”nın keçmiş oyunçusu 2022-ci ilin dekabrında mikroinfarkt keçirib. Bundan sonra onun ürək əzələsinin bir hissəsinin öldüyü bildirilib.
Bizi Facebook-da izləyin