“Çox istəyirəm ki, “Tottenhem” Premyer Liqanı qazansın” – Keyn
“Tottenhem”in sabiq hücumçusu Harri Keyn ümid edir ki, komanda bu mövsüm İngiltərə çempionu ola bilər.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingilis forvard “Tottenhem”in Premyer Liqanı qazanmasını istəyir:
“Bütün karyeram boyunca demişəm ki, mən “Tottenhem”in azarkeşiyəm və komandanın uğurlarını görməyi sevirəm. Yeni məşqçi Anqelos Postekoqlu əla işlər görür. Azarkeşlər komandanı çox dəstəkləyirlər və son bir neçə mövsümün necə keçdiyini nəzərə alsaq, məhz buna ehtiyac var. Bəli, qarşıda hələ çox matçlar var, amma işlərin gedişatını nəzərə alsaq, azarkeşlərin sevinməməsi üçün heç bir səbəb görmürəm.
Mən çox istəyirəm ki, “Tottenhem” Premyer Liqanı qazansın. Əlbəttə, mən “Bayern” azarkeşlərinə hörmət etməliyəm, amma ürəyimdə “Tottenhem” üçün həmişə yer olacaq. Bununla belə, indi biz bütün diqqətimizi hazırkı komandamızın nəticələrinə yönəltməli və onu mümkün qədər uğurlu etməyə çalışmalıyıq”.
Keyn 2023-cü ilin avqustunda “Tottenhem”dən Münhen klubuna keçib.
Bizi Facebook-da izləyin