“Barselona”nın mənə maraq göstərməsi xoşdur, ancaq…”
İspaniya millisinin və “Atletik”in vingeri Niko Uilyams yay transfer pəncərəsində “Barselona”ya baş tutmayan keçidindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu uğursuz transferə görə məyus olmadığını bildirib:
“Belə böyük klubun mənə maraq göstərməsi xoşdur. Ancaq çoxdan qərar verdim ki, “Atletik”də olmaq istəyirəm. “Atletik”ə fayda vermək üçün böyük istəyim var. Ürəyim bu komandaya məxsusdur, burada oynamaq istəyirəm. Amma gələcəkdə nə baş verə biləcəyini heç kim bilmir”.
Uilyamsın İspaniya klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin