Slot Jotanın ölümü haqda: “Ürək ağrıdan xəbər”

“Liverpul”un baş məşqçisi Arne Slot sosial şəbəkə vasitəsilə komandanın hücumçusu Dioqo Jotanın ölümü haqda kədərini paylaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Ürək ağrıdan xəbər. Rahat yat, Jota”.

Portuqaliyalı futbolçu qardaşı ilə birlikdə avtomobil qəzasında vəfat edib.

Jota 2020-ci ilin sentyabrından “qırmızılar”ın heyətində çıxış edirdi. 28 yaşlı mərhum futbolçu son mövsümdə İngiltərə çempionatının 26 oyununda 6 qol vurmuşdu və 3 məhsuldar ötürmə etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button