“Komanın milli komandaya qayıdacağına heç bir şübhə yox idi”

Dayot Upamekano yarımmüdafiəçi Kinqsli Komanın UEFA Millətlər Liqası matçları üçün Fransa millisinə dəvət olunmasını şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı müdafiəçi, Komanın indi yüksək səviyyədə oynadığını bildirib:

“Kinqslinin milli komandaya qayıdacağına heç bir şübhə yox idi. O, indi yüksək səviyyədə oynayır, hər matçda əla futbol nümayiş etdirir”.

Fransa yığması bu gün Millətlər Liqasının qrup mərhələsində evdə İsrail millisi ilə qarşılaşacaq. Koman cari Bundesliqa mövsümündə “Bayern”in heyətində 10 oyun keçirib, 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button