
“Hər şey qaydasındadır” – “Bayern”in futbolçusu
“Bayern”in müdafiəçisi Dayot Upamekano klubu ilə aralarındakı müqavilə məsələsinə dair açıqlama verib.
Münhen təmsilçisi ilə 26 yaşlı futbolçunun sözləşməsinin müddəti 2026-cı ildə başa çatacaq. Tərəflər yeni müqavilə ilə bağlı danışıqlar aparsalar da, hələlik razılıq əldə olunmayıb.
Komanda.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, fransalı oyunçu hazırda hər şeyin qaydasında olduğunu bildirib:
“Gələcəyimlə bağlı? Hazırda bu barədə düşünmürəm, komandamla birlikdə Bundesliqa qələbəsini qeyd etmək istəyirəm. Gələcəkdə nə olacağını görəcəyik. Klubun idman direktoru Maks Eberl agentimlə əlaqə saxlayır, hər şey qaydasındadır”.
Upamekano cari mövsümdə baş məşqçi Vensan Kompaninin rəhbərliyi altında bütün turnirlərdə 33 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin



