“Bayern”in futbolçusu Fransa millisinə kömək edə bilməyəcək
“Bayern”in futbolçusu Dayot Upamekano oktyabrdakı təlim-məşq toplanışı üçün Fransa millisinin düşərgəsinə getməyəcək.
Komanda.az “German Sky”-a istinadən xəbər verir ki, fransalı müdafiəçidə kiçik əzələ lifi yırtığı olub. Həmçinin o, oktyabrın 19-da “Bayern”in Bundesliqa çərçivəsində “Ştutqart”la keçiriləcək matçına hazır olmalıdır.
Fransa millisi oktyabrda Millətlər Liqasında iki oyun keçirəcək. Didye Deşamın komandası İsrail (10 oktyabr) və Belçika (14 oktyabr) yığmaları ilə qarşılaşacaq.
Fransa yığması Millətlər Liqasının yeni mövsümünün 2 oyununda 3 xal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin